İlk müstəqil Konstitusiyamız Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı- ÖZƏL

"Ulu Öndərin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu təsdiqlədi, insan hüquqları və azadlıqlarını əsas prinsiplər kimi müəyyən etdi, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) hüquqi çərçivəyə saldı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipini təsbit etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə deyib: "Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı və ölkənin gələcək inkişaf istiqamətini müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31