Xocalı soyqırımını ermənilərlə bərabər ruslar törədib - ÖZƏL

"Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində biz o soyqırımı törədənlərin kimliyi ilə bağlı məsələyə yenidən və daha diqqətlə baxmalıyıq".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Şəxsən mən illərdir deyirəm ki, Xocalı soyqırımı sadəcə ermənilərin əsəri deyil. Bu qanlı əsər həm də Rusiyanın və ruslarındır. 1992-ci  il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edənlər ermənilərlə bərabər, həm də Rusiya silahlı qüvvələri idi. Onların Qarabağda yerləşən 366-cı motoatıcı alayı idi. Xocalıya görə ermənilər nə qədər məsuliyyət daşıyırsa, Rusiya da bir o qədər məsuliyyət daşıyır. Biz bundan sonrakı mərhələdə Xocalı ilə bağlı danışarkən mütləq bu fakta diqqət çəkməliyik. Yəni bizim yetişən, yetişməkdə olan nəsil bilməlidir ki, Xocalı və bənzər soyqırımları, əməlləri bizə qarşı ermənilər təkbaşına törətməyiblər, Qarabağı da onlar təkbaşına işğal etməmişlər. Yəni bunu Rusiyanın birbaşa iştirakı və köməyi ilə ediblər. Ona görə də mən düşünürəm ki, bu ildönümü ərəfəsində bütün danışıqlarımız, çıxışlarımız, fikirlərimiz həm də onun üzərinə köklənməlidir ki, Xocalı soyqırımını ermənilərlə bərabər ruslar törədib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31