Prezidentin Qarabağa səfərləri gündəm yaradır - ÖZƏL

"Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa səfərləri ümumiyyətlə, gündəm yaradır. Çünki o belə boşu-boşuna ora getmir. Hər dəfə gedəndə, xəbər yayılanda ki, prezident Qarabağa, Şərqi Zəngəzura səfər elədi, gözləyirəm ki, onlarla yeni obyektin, yaşayış məntəqəsinin açılışı, təməl qoyması olacaq və açığı deyim ki, bu səhnələri görəndə bir azərbaycanlı olaraq xeyli sevinirəm".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Həqiqətən də ermənilərin altını üstünə çevirdiyi o torpaqların belə canlandırılması, özü də bu işlərin bu qədər sürətlə və keyfiyyətli görülməsi, istənilən azərbaycanlını sevindirməlidir, o cümlədən də məni. Yəni prezidentin səfərləri bizim üçün yeni başlanğıclar, yeni açılışlar, yeni təməlqoymalar deməkdir. Prezidentin səfərləri Qarabağa  candan, möhkəm sahiblənməyimiz deməkdir. Yəni mən şəxsən düşünürəm ki, hər bir azərbaycanlı mənim kimi bu duyğuları paylaşır, bu hisslərlə yaşayır və prezidentin Qarabağa, Şərqi Zəngəzura bu cür yeni səfərlərini həsrətlə gözləyir. Şəxsən mən tez-tez bu cür səfərlərin olmasını gözləyirəm, arzulayıram. İndi görün, vaxt var idi cənab prezident qardaş Türkiyənin cümhur başqanına Şuşadan Xankəndini göstərib deyirdi ki, orda da otelimiz olacaq. Dünən biz gördük ki, Xankəndidə Bulud otelinin açılışını elədi. Yəni prezidentin ağzından çıxan hər bir söz mütləq gerçəkləşir, reallığa çevrilir. O baxımdan, bu səfərlər bizim üçün olduqca əhəmiyyətlidir, diqqətəlayiqdir, dəyərlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31