Xocalı qatilləri Ermənistandan tələb olunmalıdır- ÖZƏL
20 Fevral 2025 12:12 Siyasət"ABŞ prezidenti Donald Trampın rusiyayönümlü siyasəti şimal qonşumuzun rəsmi dairələrini, o cümlədən onların tərəfdarlarını xeyli ruhlandırıb. Bunlardan biri Ermənistanın keçmiş prezidenti, Xocalı faciəsinə rəhbərlik edənlərdən biri Robert Köçəryandır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Əslində bu gün Robert digər cinayət ortaqları yanaşı, Bakı şəhərində məhkəmə önündə olmalı idi. O, isə yenidən gündəmə gəlməklə Rusiyanın güclənəcəyi təqdirdə hakimiyyətə gələcəyi ilə bağlı çarpışır. Köçəryan ötən günlərdə keçirdiyi mətbuat konfransında ermənilərin Qarabağa qayıdışı ilə bağlı sərsəm fikirlər səsləndirib. Hamıya bəllidir ki, o Rusiyanın adamı olub və həmin ölkənin tapşırıqlarını yerinə yetirib.
Amma, lakin bu artıq aksiomadır ki, heç bir cinayət cəzasız qalmır. O baxımdan Robert Köçəryanın da Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların azadlıqda qalması beynəlxalq hüquqa hörmətsizlik və regionda sabitliyə təhdiddir. Ona görə, istintaqın əhatə dairəsi genişlənməlidir.
Donald Trampın rusiyayönümlü siyasətinin uğur qazanacağı isə mümkünsüzdür. Unutmaq olmaz ki, şər imperiyası bəşəriyyətə heç zaman dinclik gətirməz. Siyasi prosesləri aydın şəkildə təhlil edəndə bu qənaətə gəlmək olar ki, Tramp Rusiyanı sadəcə olaraq oyuna çəkir. Bu siyasi oyunlarda Putinin qalib gəlmək şansı yoxdur. Bütün hallarda yekunda xeyirin şər üzərində qalib gələcəyi şübhəsizdir".