Azərbaycanın APA-ya ev sahibliyi etməsi onun yüksək nüfuza sahib olmasının bariz nümunəsidir- ÖZƏL

"18 Fevral 2025-ci ildən başlanan Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla davam etməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və regionda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün göstərdiyi səylərin göstəricisidir. Sessiyada parlament diplomatiyasının gücləndirilməsi, regional problemlərin birgə həlli və davamlı inkişafın təşviq edilməsi kimi vacib məsələlər müzakirə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Azərbaycanın APA-ya ev sahibliyi etməsi və onun tədbirlərinə fəal qatılması, ölkəmizin beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir. İclasların uğurla keçirilməsi Asiya ölkələri arasında həmrəyliyi daha da möhkəmləndirir və  gələcək əməkdaşlıq imkanlarını genişləndirir,  parlamentarizmin regionda daha da inkişaf etməsinə əhəmiyyətli təsir göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31