Netanyahu Hikmət Hacıyevi qəbul etdi
19 Fevral 2025 12:48 Siyasətİsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikası Prezidentinin Köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət Əlaqələri Şöbəsinin rəhbəri Hikmət Hacıyevi qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31