Azərbaycan qlobal iqlim dəyişikliyi məsələlərində fəal iştirak edir- ÖZƏL

"Azərbaycanın müxtəlif coğrafi bölgələrdə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin qorunmasına verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilir. Bu, yalnız ölkəmizin beynəlxalq mövqeyini gücləndirmir, həm də regional sülh və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Azərbaycanın Avropa İttifaqının üzvü olan 10 ölkə ilə imzaladığı strateji tərəfdaşlıq bəyannamələri və Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi dövlətimizin nüfuzunu daha da artırıb. Bununla da Azərbaycanın mövqeyini gücləndirən mühüm addımlar atılıb. Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün apardığı mübarizə ölkəmizin beynəlxalq hüquqa və öz milli maraqlarına sadiqliyini bir daha nümayiş etdirib. Bu, digər ölkələr üçün də nümunə olub və ölkəmizin beynəlxalq aləmdə daha böyük hörmət qazanmasına gətirib çıxarıb. Ümumilikdə, bu, Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki prinsipial yanaşmalarını aydın şəkildə göstərib.

Prezident İlham Əliyevin COP29-da verdiyi açıqlamalar isə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərində fəal iştirakını və inkişaf etmiş ölkələrlə bərabər şəkildə Qlobal Cənubun maraqlarını müdafiə etmək niyyətini əks etdirir. Azərbaycan bu məsələdə həm inkişaf etmiş ölkələrlə, həm də öz regional tərəfdaşları ilə birgə fəaliyyət göstərir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki fəallığı qlobal səviyyədə liderlik iddiasını dəstəkləyir və həmçinin, regional əməkdaşlığın artmasına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31