Ölkəmizdə insanların dini hüquq və azadlıqları açıq şəkildə təmin olunur– ÖZƏL
19 Fevral 2025 10:17 Siyasət"Dini konfessiyaların Donald Trampa məktub ünvanlaması Azərbaycanla ABŞ arasında yeni administrasiya dövründə münasibətlərin istiləşməsi kimi qiymətləndirə bilər. Dünyada dini ayrı-seçkilik güclənir, bu fonda zorakılıq halları artır".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusən Yaxın Şərqdə, Avropanın özündə islamafobiyanın yüksəldiyini görürük. Azərbaycan bu mənada bütün dünya üçün örnək təşkil edən ölkələrdən biridir. Ölkəmizdə həm müsəlmanlar, həm xristianlar, həm yəhudilər, həm də digər dinin nümayəndələri azad şəkildə yaşayır, ibadətlərini edə bilirlər. Bakıda sinaqoq da, kilsə də, məscid də açıq şəkildə fəaliyyət göstərir. Ölkəmizdə insanların dini hüquq və azadlıqları açıq şəkildə təmin olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan özü uzun tarixinin saxtalaşdırılmasına məruz qalıb. Biz yalnız əlimizdəkini qorumuruq, həmçinin dağılmış dini mirasımızı da bərpa edirik. Ümid edirəm ki, Donald Tramp administrasiyası da bu məktubu yüksək şəkildə qiymətləndirəcək, Azərbaycanın dini tolerantlıq və multikulturalizm ölkəsi olduğunu görəcəklər".
Zeynəb Rzayeva