Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə fəallığı səngimir - VİDEO
18 Fevral 2025 10:23 SiyasətAvropa İttifaqının "müşahidəçilər"inin sərhəddə fəallığı səngimir.
Olaylar.az xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus iki ədəd "Toyota" markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.
"Müşahidəçilərin" ərazilərimizi izləməsinin görüntülərini təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31