Belarus Milli Assambleyası Respublika Şurasının sədri ölkəmizə səfərə gəlib
18 Fevral 2025 10:07 SiyasətBelarus Milli Assambleyası Respublika Şurasının sədriNatalyaKoçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləri Məhərrəm Əliyev, DmitriyPineviç və digər rəsmi şəxslər qarşılayıblar.
Belarus Milli Assambleyası Respublika Şurasının sədriNatalyaKoçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31