Fazil Mustafa vətəndaş qəbulu keçirib
17 Fevral 20:51 SiyasətMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Vətəndaşları fərdi qaydada qəbul edən Millət vəkili, onları diqqətlə dinləyib və narahat olduqları məsələlərə yaxından tanış olub.
Vətəndaşların qaldırdıqları məsələlər başlıca olaraq, məşğulluq, pensiya, sosial müdafiə, əfv və digərlərindən ibarət olub. Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan digər məsələlərin həlli ilə bağlı isə yaxın müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılacağı onların diqqətinə çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31