Makron özünün də, Paşinyanın da axırına çıxacaq - ÖZƏL

Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin dövlət və hökumət başçılarını Ukrayna məsələsi ilə bağlı Parisdə görüşə dəvət edib. Yelisey sarayında belə bir görüşün təşkil edilməsində məqsəd Avropa dövlətlərinin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətinə cavab verməkdir. "Olaylar"ın məlumatına görə, hüquqşünas Alim Hüseynli bildirib ki, hazırki şəraitdə Yeliseyə dəvət olunan liderlərin müzakirə edəcəkləri məsələlər təxminən bəllidir: "Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında bir saat yarım davam edən telefon danışığı Makronun narahatlığına səbəb olub. Guya təşəbbüsü ələ almaq məqsədilə  Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. Telefon danışığı çərçivəsində Ukrayna münaqişəsinə toxunub, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Makron bununla dünyada cərəyan edən siyasi məsələlər, eləcə də dünyanın yeni düzən prosesindən kənarda qalmadığını nümayiş etdirmək istəyir. Sözsüz ki, Makronun təşkil etdiyi liderlərin görüşündə Ukrayna və Yaxın Şərqlə yanaşı, iqtisadi tərəfdaşlıq,  "böyük humanitar proqram"ı kimi məsələlərin müzakirə olunacağı istisna olunmur. Yeliseydə bağlı qapılar arxasında isə bir sıra geosiyasi və geoiqtisadi məsələlərin də müzakirə olunacağı gözləniləndir. Makron hesab edir ki, görüşdə iştirak edən liderlər Yelisey sarayının tezisləri ilə fəaliyyətdə bulunsunlar. Lakin prezident Emmanuel Makronun yürütdüyü daxili və xarici siyasətin uğursuzluğu nəinki öz ölkəsində atəşə tutulur, hətta dünya dövlətləri tərəfindən ciddi tənqid olunur. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Makronun sözügedən təşəbbüsü ABŞ prezidenti Donald Trampın qəzəbinə tuş gələcəyi istisna olunmur. Makronun Avropa dövlətlərini ABŞ-la qarşı-qarşıya qoymaq cəhdi şübhəsiz ki, cəzasız qalmayacaq. 

Məlum olduğu kimi Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulub. Fransa lideri ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib, ancaq Vatikandan lazımi dəstəyi ala bilməyib. Qətiyyətlə demək olar ki, Makronun  erməni məsələsi ilə bağlı Azərbaycana qarşı hazırladığı planlar dəfələrlə iflasa uğrayıb. Beləliklə Fransanın hazırki siyasəti Makronun və Paşinyanın da axırına çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31