Ceyhun Bayramov Bavariyanın naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib
15 Fevral 2025 13:07 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və Beynəlxalq İşlər Naziri Erik Beisvenger ilə görüş keçirib.
Olaylar.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edilib.
Tərəflər iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31