Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edir (VİDEO)

Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Bakıda və regionlarda yeni ümumtəhsil məktəblərinin, uşaq musiqi və incəsənət məktəblərinin inşasını, əsaslı təmirini həyata keçirir.

Olaylar.az xəbər verir ki, 2005-ci ildən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının məqsədi müasir təhsil kompleksləri yaratmaq, təhsilin inkişafına dəstək göstərməkdir.

Proqram üzrə 2005-2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub.

2025-ci ildə isə 20-dək yeni məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31