Qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrindən namizədlik üçün müraciətlər edildi - MSK sədri

Qısa müddətdə dairə seçki komissiyalarına cəmiyyətin müxtəlif təbəqələrinin üzvləri namizədlik üçün müraciətlər etdi.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarında namizəd kimi müraciət edən iddiaçıların hamısı üçün şərait yaradılıb:

"Müraciət edənlərin təxminən 99 faizinin namizədliyi təmin edildi. 215 nəfərin seçkidə iştirak etmək hüququ olmayıb və namizədliyi qeydə alınmayıb".

O qeyd edib ki, namizədlik üçün müracət edənlərin 99.8-nin namizədliyi təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31