USAİD adlı qurum bəyan etdiyi dəyərlərə xidmət etməyib - ÖZƏL

"USAİD adlı qurum əslinə qalanda bəyan etdiyi dəyərlərə xidmət etməyib". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bir qayda olaraq, özəlliklə də xarici ölkələrin daxili siyasi proseslərində tərəf tutub, eyni zamanda, qanunsuz şəkildə xarici ölkələrdə, eləcə də Amerika Birləşmiş Ştatlarının özündə medianı maliyyələşdirməklə və maliyyələşdirdiyi mediada siyasi kampaniyalar aparmaqla məşğul olub. Yəni bu gerçəkləri biz illərdir bilirdik, deyirdik, bununla bağlı narahatlığımızı ifadə edirdik. Təəssüflər olsun ki, həm Azərbaycanda, həm də ondan kənarda müəyyən bir kəsimə aid adamlar bizim bu fikirlərimizi qəribçiliyə salırdılar. Hətta şəxsimizə qarşı kampaniyalar təşkil edərək bizi gözdən salmağa çalışırlar. İddia edirdilər ki, Amerika Birləşmiş Ştatlarının belə bir qurumu o bizim dediyimiz kimi, pis əməllərlə məşğul ola bilməz. Biz onu da deyirdik ki, bu qurum korrupsiyaya bulaşıb, korrupsiyalaşmış qurumları dəstəkləyir, onları həvəsləndirir, yenə də tənqid olunurduq. Artıq ABŞ-ın dövlət səviyyəsində, prezident səviyyəsində bizim dediklərimiz təsdiqini tapır. Yəni bu gün ABŞ prezidenti Donald Tramp öz dilindən açıq şəkildə deyir ki, USAİD zərərli fəaliyyətlə məşğul olub, korrupsiyalaşıb və onun gördüyü işlərin hamısı araşdırılacaq, günahkarlar cəzalandırılacaq. Görürsünüzmü, yəni biz illərdir bunu deyirdik, amma qulaq asan yox idi. İndi isə Amerika Birləşmiş Ştatlarının prezidenti bunu dilə gətirir. O baxımdan düşünürəm ki, bizi vaxtında bu məsələlərə görə tənqid edənlər özlərində kişilik tapsınlar, gedib etiraf etsinlər ki, bizə qarşı haqsız, yalan kampaniyalar aparıblar. Eyni zamanda, əgər iddialıdırlarsa ki, hələ də biz yalan demiş sayılırıq, onda getsinlər Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa sübut etsinlər ki, o, yalan danışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31