Azərbaycanın xarici siyasəti "başqa ölkələrin daxili işlərinə qarışmamaq" prinsipi üzərində qurulub- ÖZƏL
14 Fevral 11:05 Siyasət"Hazırda Azərbaycanın şaxələnmiş xarici siyasəti ölkə rəhbərinin peşəkar diplomatik fəaliyyəti nəticəsində uğurla davam edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azərbaycan Çin, Avropa İttifaqı, Türkiyə, Özbəkistan və Rusiya ilə strateji və müttəfiqlik bəyannamələri imzalayıb. Xarici siyasət yalnız diplomatik deyil, iqtisadi və infrastruktur layihələri ilə də dəstəklənir. Azərbaycanın siyasəti "başqa ölkələrin daxili işlərinə qarışmamaq" prinsipi üzərində qurulub və bu, ölkənin beynəlxalq aləmdə qəbul olunmasını və nüfuzunu artırır".
Millət vəkili əlavə edib ki, Orta Dəhliz və Azərbaycan mövzusu da əksər ölkələr, o cümlədən Çin üçün cəlbedici müzakirə mövzusudur: "Çünki Azərbaycanın Orta Dəhlizdə rolu təkcə tranzit ölkə olmaqdan ibarət deyil, burada sənaye və istehsal müəssisələrinin yaradılması da əsas hədəfdir. Bakı limanının yükaşırma gücü artırılır və bu, Azərbaycanın regiondakı nəqliyyat habına çevrilməsinə şərait yaradır. Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq daha da inkişaf etdirilir".