Türk dünyasının həmrəyliyinin göstəricisi: Şimal-Cənub nəqliyyat dəhlizi- ÖZƏL

"Azərbaycanın  Qazaxıstan və Özbəkistanla saziş imzalamasının   Azərbaycan - Çin  əlaqələrində hansısa ciddi problemlər yarada biləcəyini düşünmürəm. Azərbaycanla Çin arasında da  hər  il dinamik şəkildə inkişaf edən ticari, iqtisadi əlaqələr var. Azərbaycan Çin üçün xüsusi əhəmiyyət kəsb edən Orta Dəhlizin xüsusi bəndidir. Xatırladaq ki, bu dəhliz vasitəsilə Çin məhsulları  Avropaya və əks istiqamətdə daşınma potensialına malikdir". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında Sultan Zahidov bildirib:

"Azərbaycanın Qazaxıstan və Özbəkistanla imzaladığı saziş barədə danışıqlar isə artıq bir neçə ildir ki, gedirdi. Avropanın enerji təminatının ödənməsində Qafqazın və Mərkəzi Asiyanın önəmini artıran, türk dünyasının həmrəyliyinin göstəricisi olan bir faktordur. Xəzər dənizinin dibiylə çəkiləcək enerji kabelinin davamı olaraq da Qara dənizin dibiylə enerji  kabeli çəkiləcək. Beləliklə də Azərbaycan və Mərkəzi Asiyanın elektrik enerjisi Avropa bazarlarına ötürüləcək. Bundan həm Avropa, həm Mərkəzi Asiya, həm də Azərbaycan qazanclı çıxacaq. Konseptual olaraq, bəli, Çin Mərkəzi Asiyada türk dünyasının təsir dairəsinin artmasından narahat ola bilər. Amma bu uzaq gələcək üçün Çinə narahatlıq mənbəyi ola bilər. Digər hallarda Azərbaycanın bu sahədə Mərkəzi Asiyada  təsir dairəsinin  genişlənməsindən  çox  ABŞ-nin burada möhkəmlənməsinə daha çox qarşı çıxmış olar. O cümlədən,  Rusiya ilə   Çin arasında Mərkəzi Asiya uğrunda ciddi rəqabət mövcuddur. Bütün bunların fonunda Azərbaycanın  Qazaxıstan və Özbəkistanla saziş imzalamasının Çin-Azərbaycan münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31