Azərbaycan dünyanın bütün qütbləri ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır - ÖZƏL

"Azərbaycanın  Avropa Birliyi üzvü olan 10 ölkə ilə  strateji tərəfdaşlıq sazişi ölkənin həqiqətən müstəqil siyasət apardığını sübut edən mühüm təzahürdür. Eyni zamanda, Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinin çoxşaxəli xarakter daşıdığının sübutudur. Deməyə əsas verir ki, Azərbaycan  açıq ölkə olaraq, Avropa Birliyi kimi böyük iqtisadi, siyasi, hərbi imkanlara malik olan bir məkanla hərtərəfli əməkdaşlıqda maraqlıdır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Eyni zamanda, bu onu ifadə edir ki, Azərbaycan dünyanın bütün qütbləri, o cümlədən də həm Avropa Birliyi ilə, həm Qlobal Cənub, həm Mərkəzi Asiya ölkələri, həm də Yaxın Şərq İslam və ərəb dünyası ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır. Təsadüfi deyil ki, Azərbaycanın 10 Avropa dövləti ilə strateji tərəfdaşlıq sazişi ilə bərabər, məsələn, Avropa ilə çox ciddi rəqabət, hətta bəzən qarşıdurma münasibətlərində olan Çin ilə də strateji tərəfdaşlıq müqaviləsi var.  Çin və Avropa Birliyi bir-birinə qarşı olsa da, Azərbaycan bunun arasında  qızıl bir orta xətti tutub, hər ikisi ilə münasibətləri yarada bilib. Eyni zamanda, Azərbaycan Türkiyə , Rusiya, Özbəkistanla da strateji müttəfiqlik müqaviləsinə, sazişinə malikdir. Bütün bunlar Azərbaycanın dünyanın fərq qoymadan, beynəlxalq hüquq normalarına, sülhə və əməkdaşlığa xidmət edən bütün geosiyasi məkanları ilə münasibətlərə açıq olduğunun ifadəsidir. O cümlədən də, Avropa Birliyinin 10 üzvü ilə strateji tərəfdaşlıq sazişinə malik olması. Eyni zamanda, Azərbaycan bu strateji tərəfdaşlıq sazişi ilə həmin ölkələrə həm töhfə verib, özünün maddi imkanları,  ticarət, investisiya imkanları  və enerjisi ilə, eyni zamanda, bəli, hər hansı bir dövlət, nə qədər çox sayda ölkələrlə strateji münasibətlər içindədirlərsə, bu, həmin ölkənin gücünün göstəricilərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31