İşğalçının kim olduğunu dünya çox yaxşı bilir- ÖZƏL
13 Fevral 2025 13:22 Siyasət"Ermənistan Parlamentinin spikeri Alen Simonyanın çıxışı öz həmkarlarının çıxışlarından fərqlənmir. Bütün Ermənistan aşağı-yuxarı həmişə Azərbaycanı sülhə yanaşmayan ölkə kimi göstərməyə çalışırlar. Halbuki işğalçının kim olduğunu bütün dünya çox yaxşı bilir. Sülhdən danışan Ermənistan sürətli şəkildə silahlanır. Ermənistan ordusunun Azərbaycan ordusunu üstələmək kimi bir şansı yoxdur".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Sadəcə Ermənistanın silahlanması bölgədə sülh quruculuğu prosesinə mənfi təsir edir. Digər tərəfdən Ermənistan siyasi hakimiyyəti 10 Noyabr sazişi ilə öhdəsinə götürdüklərini yerinə yetirmir, Zəngəzur dəhlizi məsələsində qeyri-adekvat xətt izləyirlər. Bundan əlavə, konstitusiya maddələrindəki dəyişikliklərə getməyərək orda Qarabağla bağlı qeyd olunmuş məsələləri düzəltmirlər. Belə olan təqdirdə haqlı tərəf də bizik. Lakin bütün dünya həqiqəti bilir və onların erməni lobbisi, əlaltıları xaricində dəstəkləyən qalmamışdır".
Zeynəb Rzayeva