Ermənistanın monoetnik dövlətə çevrilməsini bütün dünya bilir- ÖZƏL
13 Fevral 2025 12:28 Siyasət"Qərbi Azərbaycan İcmasının məqsədləri, fəaliyyəti şəffafdır. Lakin Paşinyan bunu qəsdən təhrif edərək, dünya ictimaiyyətini aldatmağa çalışır və həmişə olduğu kimi, yenə də böhtan atır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Rafail Becanov deyib: "Təbii ki, Qərbi Azərbaycana qayıdış bizim üçün prioritet məsələdir, pozulmuş hüquqlarımızın bərpasıdır. Amma bunu müharibə ilə etməklə bağlı hansısa bəyanat, fikir və açıqlamaya Paşinyan harada rast gəlib? Tarixi və doğma torpaqlara təhlükəsiz və beynəlxalq hüquq çərçivəsində qayıdış Qərbi Azərbaycan İcmasının fəaliyyətinin və məqsədlərinin baza prinsipləridir. Azərbaycanlılara qarşı törədilən qəddarlıqlar, onların öz tarixi yurdlarından qovulması və Ermənistanın faktiki monoetnik dövlətə çevrilməsini bütün dünya bilir".