Dövlət büdcəsini havaya sovuranlar…
14:00 Siyasətİtirən dövlət, qazanan isə "işbazlar" olur
Müstəqillik dövrü başlanandan bəri ilbəil Azərbaycanın dövlət büdcəsinin gəlirləri artmaqda davam edir. Cari ilin dövlət büdcəsinin gəlirləri rekord həddə yüksələrək 41 milyard manatı ötüb. İcmal büdcə isə 48 milyard manatdan çoxdur. Etiraf edilməlidir ki, dövlət büdcəsi gəlirlərinin bu həddə çatması həyata keçirilən uğurlu iqtisadi siyasət, şəffaflıq, idarəetmə və digər amillər nəticəsində mümkün olub. Sözsüz ki, büdcə gəlirlərinin artması yeni-yeni dövlət proqramlarının icrası, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, çoxsaylı sosial proqramların həyata keçirilməsinə şərait yaradır. Hazırda ölkədə onlarla iri maliyyə tutumlu iqtisadi layihələr həyata keçirilir. Sirr deyil ki, sözügedən layihə və proqramların realizasiyasına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Təəssüf ki, həmin layihələrin icrası zamanı təyinatdan kənar xərcləmələrin şahidi oluruq ki, bu da öz növbəsində həmin layihələrin keyfiyyətsiz, yaxud natamam başa gəlməsinə səbəb olur. Nəticədə itirən dövlət, qazanan isə ayrı-ayrı hüquqi və yaxud fiziki şəxslər olur.
Məlumdur ki, təsdiq olunmuş layihələrin icrası ayrı-ayrı dövlət qurumları, yaxud keçirilən tenderin qalibi olmuş şirkətlər tərəfindən həyata keçirilir. Çox təəssüf ki, bir çox hallarda layihələri icra edən qurumlar ayrılan vəsaiti təyinatı üzrə deyil, kənar sahələrə yönəldirlər. Başqa sözlə, vəsaiti nəzərdə tutulmayan sahələrə yönəltməklə yeyintiyə yol verirlər. Hətta işçilərin əmək haqlarını mənimsəyərək, vergidən yayınma hallarını özlərinə rəva bilirlər. Elə Hesablama Palatasının apardığı audit tədbirləri də dediklərimizi bir daha təsdiq edir. Hesablama Palatası Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditini həyata keçirib. Məlum olub ki, istismar tədbirləri planına əsasən lildən təmizləmə işlərinin bir qismi podrat üsulu ilə həyata keçirilmiş, tabeli qurumların lildən təmizləmə işlərini görən öz maşın və mexanizmlərinin tam iş yükü ilə işləməməsi podrat üsulu ilə işlərin aparılmasının əsaslılığını da sual altında qoymuşdur. Podrat üsulu ilə görüləcək işlər üzrə satınalmalar ilin II yarısında və ya ilin sonuna yaxın həyata keçirilmiş, vaxtın azlığı səbəbindən, bəzi hallarda, açıq tender deyil, müvafiq razılıq əsasında bir mənbədən satınalma metodu tətbiq edilmişdir. Bir sıra hallarda qalib təşkilatlarla bağlanmış müvafiq podrat müqavilələrində təqdim edilmiş qiymətlər ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən xeyli aşağı, xüsusilə 2022-ci ildəki müqavilələr üzrə normativ qiymətin təxminən yarısı qədər və daha aşağı (42,3%-50,3% aralığı) olmuşdur. Satınalmalarının ilin sonuna yaxın həyata keçirilməsi və podrat müqavilələrində qiymətlərin ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən aşağı səviyyədə olması müqavilələrinin icra səviyyəsinə də təsir etmiş, müqavilələrin icra səviyyəsi 2022-2023-cü illər ərzində Kİİ-lər üzrə 62,2% təşkil etmişdir.
Təkcə layihələr deyil, eləcə də dövlət büdcəsindən maliyyələşən təhsil və səhiyyə sahələrində də analoji vəziyyət müşahidə olunmaqdadır. Məsələn, Hesablama Palatasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edilib. Qeyd edək ki, Palata auditi Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə etdiyini və səmərəlilik auditi formasında keçirib. Hesablama Palatasının məlumatında yazılır: "Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir. Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir. Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır. Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır". Bu halda, 100 milyon manatdan artıq maliyyə bazası olan Fondun fəaliyyətini necə qənaətbəxş hesab etmək olar?
Hesablama Palatasının Qida Tәhlükәsizliyi Agentliyinin vә onun tabeli qurumlarında da apardığı audut zamanı oxşar nöqsanlar aşkar edilib. Palatanın məlumatına görə, Agentlik tәrәfindәn "Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı" hazırlansa da, kommunikasiya planının tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaradıb. Bildirilib ki, "Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması" tәsdiq edilsә dә, elektron sertifikat verilmәsi üzrә Agentlik tәrәfindәn müәyyәn edilmiş hәdәflәrә nail olunmaması qeyd olunan istiqamәtlәrdә fәaliyyәtin güclәndirilmәsinin zәruriliyini göstәrib.
Həmçinin, Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb. Belə ki, 2022-ci ildә dövlәt büdcәsindәn "ehtiyat vәsait" adı ilә ayrılaraq fәaliyyәt ehtiyaclarına sәrf olunan vәsaitdәn ilin sonuna qalan 878,2 min manat mәblәğindә hissәsinin Maliyyә Nazirliyi ilә Dövlәt Ehtiyatları Agentliyi arasında növbәti il üçün bağlanmış "Dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә" 10.01.2023-cü il tarixli müqavilәdә (müqavilәnin şәrtlәrindә) nәzәrә alınması tәmin edilmәyib; dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45000 min manat, 2023-cü ildә 127516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44516,3 min manata bәrabәr olub; müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomotivin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat mәblәğindә vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk 2 әdәd lokomotivin alınmasından sonra qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonunadәk agentliyin bank hesabında saxlanılıb vә dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib. Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətə badalaq vurmaq istəyən şəxslər var ki, onlar min cür fırıldağa əl ataraq dövlət büdcəsini talamaqla məşğuldurlar. Lakin hüquqi dövlətdə yaşadığımızdan əmin ola bilərik ki, dövlət büdcəsinə xor baxan şəxslər şübhəsiz ki, törətdikləri qanunsuz əməllərinə görə cavab verəcəklər.
Alim