XİN-in adından feyk məlumatlar yayıldı – Ayxan Hacızadədən reaksiya

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb.

Ayxan Hacızadə   həmin məlumatın saxta olduğunu bildirib.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.

Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31