Kristine Vardanyan Paşinyanın müxalifətə təzyiq cəhdlərini tənqid edib – ÖZƏL
11:51 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin "Ermənistan" blokundan olan deputatı Kristine Vardanyan sosial şəbəkədə hakimiyyətin ziddiyyətli mövqeyini tənqid edib. Deputat bildirib ki, bir tərəfdən müxalifətin təsirə malik olmadığı deyilir, digər tərəfdən isə konstitusiya dəyişikliklərini qəbul etdirmək üçün vətəndaşlardan müxalifətə qarşı təzyiq vasitəsi kimi istifadə olunacağı vurğulanır. Vardanyan Paşinyanın hər cür təzyiqə baxmayaraq onunla sövdələşməyə getməyən müxalifətin varlığına təəccübləndiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31