Qazaxıstan 5 ildən köhnə avtomobillərin idxalını qadağan edir-ÖZƏL
11:38 DünyaQazaxıstanda dekabrın 30-dan etibarən şəxsi istifadə üçün beş ildən köhnə avtomobillərin idxalına məhdudiyyət tətbiq olunacaq.
Yeni qaydalara əsasən, ölkəyə gətirilən avtomobillər ən azı Avro-5 ekoloji standartına uyğun olmalıdır. Həmçinin, istehsal tarixindən beş ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalına icazə verilməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi məluçat yayıb.
Qərar yerli avtomobil istehsalının artırılması fonunda qəbul edilib. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Qazaxıstanda 136 548 avtomobil istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31