Ekspert: “Azərbaycanın qətiyyəti təyyarə məsələsində obyektiv istintaqı təmin edəcək” – ÖZƏL

"Rusiyanın ilk anlardan təyyarənin vurulması məsələsinə obyektiv yanaşmadığının şahidi oluruq və bununla bağlı Azərbaycan öz etirazını ən yüksək səviyyədə bildirib. Rusiya tərəfi məsələni tamamilə başqa yönə çəkmək üçün çalışırdı. Azərbaycan rəhbərliyinin göstərdiyi qətiyyətli mövqe sayəsində bunun qarşısı alındı və istintaqın tamamilə obyektiv şəkildə aparılması üçün böyük səy göstərilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Qazaxıstan tərəfi təyyarənin qara qutusunu Braziliyanın müvafiq şirkətinə göndərib. Qazaxıstan tərəfindən İstintaqın ilkin gedişatı ilə bağlı yaxın zamanlarda açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycandan heç kim gözləmir ki, Rusiya məsələni obyektiv şəkildə araşdıracaq. Əlbəttə, başqa yönə çəkməyə çalışacaq və Böyük Britaniya Azərbaycanın yaxın tərəfdaşıdır. London və Bakı arasındakı münasibətlər ən yüksək səviyyədədir və hər zaman da belə olub. Böyük Britaniya Azərbaycanın tərəfdaşı ölkə kimi bu prosesə öz töhfəsini vermək istədiyini bəyan edib. Təbii ki, böyük dövlətlərin bu məsələyə göstərdiyi münasibət Rusiyanın məsələni başqa yönə çəkməsinə imkan verməyəcək. Bundan əlavə, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyevin qətiyyəti bu istintaqın tam doğru və düzgün aparılmasına yardımçı olacaq əsas amildir. İstintaq başqa yönə çəkilə bilməz. Azərbaycana tərəfdaş ölkələr öz tərəfdaşlıqlarını göstərərək istintaqın obyektiv araşdırılması ilə bağlı yardım etməyə hazır olduqlarını bəyan edirlər ki, Böyük Britaniya da onlardan biridir. Düşünürəm ki, istintaq obyektiv şəkildə yekunlaşdırılacaq və bu prosesdəki günahkarlar cəzalandırılacaqlar. Əksi Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuracaq amildir. Rusiyanın belə bir hadisə ilə Azərbaycanla münasibətləri pozması çox da inandırıcı deyil".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31