Ermənistanın ikili oyunları - ÖZƏL

"2018-ci ildə ənənəvi siyasi elitanı devirərək hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanın Rusiya orbitindən uzaqlaşmasının əsasını qoydu. Hal hazırda rəsmi İrəvan Cənubi Qafqaz uğurunda gedən geosiyasi mübarizənin mərkəzində yerləşir. Paşinyan Rusiya və Qərb arasında gedən qlobal rəqabətdən nəyin bahasına olursa-olsun mənfəət əldə etmək prinsipi əsasında siyasət həyata keçirir. Bu isə regional istiqrara təhdid yaradır".

Siyasi şərhçi Pərviz Mirizadə deyib: "Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son Moskva səfəri bunun sübutudur. Çünki bu səfərə qədər İrəvan rəhbərliyi ABŞ- la Kremlin regional maraqlarına zərbə vurmağa hesablanmış Strateji Tərəfdaşlıq haqqında saziş imzaladı. İrəvanın ziddiyyətlər üzərindən manevr etmək siyasəti ölkəni tərəfdaşları arasında etibarsızlaşdırır və onlara alət gözü ilə baxılmasını əsaslandırır.  Rəsmi İrəvan Qərblə yaxınlaşsa da, Rusiyanın iqtisadi imkanlarından əl çəkmək istəmir.

Ermənistanın  KTMT-dən çıxmaq istəyi, Avropaya inteqrasiya haqqında qanunu qəbul etmələri,  Aİ ilə yeni sazişin imzalanması və NATO-ya üzv olmaq niyyəti Rusiyanın qırmızı xətlərinə yaxınlaşmaq mənasına gəlir. Artıq Rəsmi Moskva tərəfindən iqtisadi təzyiq riçaklarının aktuallaşdırılması gündəmə gətirirlir. Bununla yanaşı Qərb də eyni rasional yanaşma ilə Ermənistandan  ayrılan vəsaitlər fonunda islahatlar keçirmək və olanları sürətləndirməyi tələb edir.

Ermənistan rəhbərliyi primitiv xarici siyasət strategiyasından əl çəkməklə reallıqları dərk edib çətin geosiyasi vəziyyətdən xilas ola bilərdi. Bunun tək  yolu kompromisə gedərək Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Çünki blokada şəraitində yaşayan bir ölkə üçün heç bir coğrafi bağlılığı olmayan Qərblə yaxınlaşmaq böyük dividentlər qazandırmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31