Azərbaycan dövlətlərlə ikitərəfli və bərabərhüquqlu əməkdaşlığa üstünlük verir- ÖZƏL
16:27 Siyasət"Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, dövrün tələbinə uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi koklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Bu səfərin özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu, Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı".