Region ölkələri də Azərbaycanın nailiyyətlərdən bəhrələnmək imkanı qazanırlar- ÖZƏL
15:34 Siyasət"Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizin dünyanın əksər ölkələri ilə iqtsiadi əlaqələri daha geniş və səmərəli xarakter aldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib: "Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə əhəmiyyətli tövhələr verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biri oldu. Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizn dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi uğurlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm təkan verir. Yəni region ölkələri də Azərbaycanın qazandığı nailiyyətlərdən bəhrələnmək imkanı qazanırlar".