Orta Dəhliz layihəsi tərəfdaş ölkələr üçün də önəm daşıyır- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata verdiyi birgə bəyanatda toxunduğu vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi ilə bağlı oldu. Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Məlum olduğu kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi. Qeyd olundu ki, ölkələrimiz bu layihə çərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar. Məhz bu istiqamətdə hər iki ölkədə zəruri işlər görülür, nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir. Əlbəttə, bütün bunlar Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31