685 bələdiyyə üzrə namizədlərin adlarının daxil olduğu bülletenlərin çapı yekunlaşıb - Rövzət Qasımov

685 bələdiyyə üzrə namizədlərin adlarının daxil olduğu bülletenlərin çapı yekunlaşıb.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, artıq onların qablaşdırılması həyata keçirilir:

"Yanvarın 22-23-də bülletenlərin dairə seçki komissiyalarına təqdim edilməsinin həyata keçirilməsi planlaşdırılır.

Dairələr də 3 gün ərzində bülletenlərin məntəqə seçki komissiyalarına paylayacaqlar. Təhlükəsizlik məsələləri ilə bağlı DİN-lə sıx təmasdayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31