Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı dəstəyi göstərməyə hazırıq - Lavrov

Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına lazımı dəstəyi göstərməyə hazırdır.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada apardığı danışıqlar zamanı bildirib.

"Regional təhlükəsizlik Cənubi Qafqaz istiqamətində fəaliyyətlərimizdə mühüm yer tutur. 2020-2022-ci illərdə üç ölkə liderləri arasında əldə olunmuş ikitərəfli razılaşmaların inkişafı çərçivəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına bütün istiqamətlərdə zəruri dəstəyi göstərməyə hazırıq.

Hesab edirik ki, bu razılaşmalar ələlxüsus regiondakı cari vəziyyəti nəzərə alsaq, hazırda da aktuallığını qoruyub saxlayır" - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31