1000 seçki məntəqədə veb-kamera quraşdırılacaq - Rövzət Qasımov

Aşkarlıq ən mühüm meyarlardan biri olduğu üçün 70 minədək yerli müşahidəçinin seçkini izləmək imkanı olacaq.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, istənilən vətəndaşın bu proseslərlə bağlı müfəssəl məlumat əldə edə bilməsinə çalışacağıq:

"1000 seçki məntəqəsində baş verən bütün proseslər veb-kameralarım qarşısında həyata keçiriləcək. MSK 2008-ci ildə veb-kameraların quraşdırılması və istifadəsi ilə bağlı sənəd qəbul edib. 2013-cü ildə bu sənədə dəyişiklik edilib".

O qeyd edib ki, keyfiyyətli və fasiləsiz yayım üçün 118 seçki dairəsində və 1000 seçki məntəqədə veb-kamera quraşdırılacaq və onların siyahısı dərc ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31