Bakı Təşəbbüs Qrupu və “Ka Ubuntu” Təşkilatı arasında Anlaşma Memorandumu imzalandı
21 Yanvar 2025 16:25 SiyasətBakı Təşəbbüs Qrupu (BTQ) və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb.
Olaylar.az xəbər verir ki, memorandumu Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov və "Ka Ubuntu" hərəkarının sədri Romain Katambara imzalayıblar.
Qeyd edilib ki, memorandum praktiki əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, Reyunyon BTQ-nin əməkdaşlıq etdiyi 11-ci region ölkəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31