Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə nəyə hesablanıb?- ÖZƏL
14 Yanvar 13:20 Siyasət"Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə bağlanacaq. Bunun üçün Ermənistan xarici işlər naziri A. Mirzoyan ABŞ -da səfərdədir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın Rusiyanın müttəfiqi olaraq ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi bağlaması Moskvaya qarşı demarşdı:
"C.Bayden adminstrasiyasının Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün strateji tərəfdaşlıq müqaviləsi bağlanmasında əsas məqsədi D. Trampın diqqətini bu ölkəyə yönləndirməkdi. D. Tramp administrasiyası üçün Ermənistanın xüsusi strateji əhəmiyyəti olmayacaq.
Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan və Türkiyə ilə normallaşma prosesinə getmədən, bu kimi müqavilələrin ciddi müsbət nəticəsi olmaya bilər. Bu saziş Ermənistan hakimiyyətini Rusiyadan tam uzaqlaşdırmaq siyasətinə əsaslanır".