Fransanın neokolonial siyasəti fiaskoya uğrayır- ÖZƏL

"Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində həm daxili, həm də xarici siyasətlə bağlı mühüm məsələlərə toxundu. Müsahibədə diqqət çəkən mövzulardan biri Fransanın neokolonial siyasətinə qarşı mübarizə oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Dövlət başçısı Azərbaycanın digər kiçik və müstəqil dövlətlərin yanında olduğunu, həmçinin bu ölkələrin hüquqlarını müdafiə etməyi özünün mənəvi borcu saydığını bildirdi. Bu fəaliyyətlər Azərbaycan dövlətinin əsl humanist prinsiplər əsasında hərəkət etdiyini göstərir. Azərbaycan neokolonial siyasətin davam etdiyi müddət ərzində bu xalqların yanında olacağını bəyan edərək, beynəlxalq münasibətlərdə ədalətli mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq siyasətinə dair strateji baxışları əks etdirir. Dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu bir daha nümayiş etdirdi. Bu amil Azərbaycanın dünya siyasətində rolunun artması və dövlətin uzunmüddətli strateji maraqlarının təmin edilməsində mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31