Dünya Azərbaycanlılarının Həmrəylik Günü müstəsna əhəmiyyətə malikdir– ÖZƏL

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir yanında yaşayan soydaşlırımızı birləşdirən bir gündür. Həmrəylik Gününün təsis edilməsi hansı coğrafiyada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının hər birinin Azərbaycanın maraqları, Vətənimizin rifahı, eyni zamanda, təbliğatı baxımından bir araya gəlməsini önəmli edirdi". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Həmrəylik duyğusunu yaşayan xalqımız bunun ən ali örnəklərini dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində həmrəyliyin nə olduğunu göstərdik. Ondan sonrakı dövrlərdə də ölkəmizə qarşı beynəlxalq erməni şəbəkələri və onların əlaltılarının həyata keçirdiyi informasiya hücumlarının qarşısında həmrəyliyimiz bir müqavimət formalaşdırmış oldu. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü müstəsna əhəmiyyətə malik olan bir gün kimi xarakterizə edilə bilər. Dünyanın fərqli-fərqli ölkələrində yaşayan azərbaycanlılar bu gün də ölkəmizin milli maraqları naminə bir araya gəlir, öz sözlərini söyləyirlər. Bu da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün formalaşdırdığı bir ənənənin davaml kimi nəzərdən keçirilə bilər. Həmçinin dünyada baş verən təlatümlər, problemlər onu göstərir ki, hansı xalqlar ki müstəsna və əhəmiyyətli günlərdə həmrəy deyil, bir olmağı bacarmır, o xalqlar həmişə xaosun və qlobal imperializmin girdabına düçar olurlar. Həmrəyliyi ən üst səviyyədə yaşayan xalqlar isə hər zaman birlik göstərirlər və o xalqların mənsub olduğu coğrafiyalara xaos heç zaman gəlmir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31