Mixail Şvıdkoy Prezident İlham Əliyevə başsağlığı verib
28 Dekabr 2024 19:46 SiyasətRusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
İcazə verin, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı ifadə edim.
Baş verən faciə məni dərindən sarsıtdı. Rusiya xalqı Sizinlə birlikdə kədərlənir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31