Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
28 Dekabr 2024 19:26 SiyasətVyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsinə çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31