Qvineya-Bisaunun Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31