Azərbaycan özünü tam müstəqil bir ölkə kimi göstərdi - ÖZƏL
26 Dekabr 19:21 Siyasət"2024-cü ili müstəqil dövlətimizin tarixində xarakterizə eləyən konkret hadisələr çoxdur".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bunlar cəmiyyətimizin, xalqımızın həyatında baş verən ictimai miqyaslı hadisələrdir. Bunlar Azərbaycan dövlətinin daxili və xarici siyasətinə aid konkret hadisələrdir. Eləcə də, Azərbaycan diplomatiyasının dünya miqyasında yetişdiyi nəticələri göstərmək baxımından konkret hadisələrdir. Amma 2024-cü ilin mühüm özəllikləri də var. Bu özəlliklər ilk növbədə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və müstəqilliyini tam şəkildə bərpa edəndən sonra dünya miqyasında özünü göstərməsi baxımından əlamətdardır. O mənada ki, 2023-cü ilin sonlarında Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasından sonrakı bir il Azərbaycanın nə qədər yeni görkəmdə və yeni gücdə bir dövlətə çevrildiyini əyani şəkildə görmək mümkündür. 2024-cü il Azərbaycana imkan verdi ki, suveren və ərazicə tam müstəqil olan, bütöv olan bir ölkə kimi özünü göstərsin. Bu, hər addımda özünü göstərdi. Azərbaycanın suverenliyi və bütöv bir dövlət olması 2024-cü ildə hər addımda özünü göstərdi. İstər dünya dövlətləri arasında reytinq baxımından özünü göstərdi, istər müxtəlif dövlət əhəmiyyətli qlobal tədbirlərin keçirilməsində özünü göstərdi, istər hər bir azərbaycanlı vətəndaşın, fərdin dünyada baş verən hadisələrə münasibətində özünü göstərdi və istərsə də, Azərbaycanın xaricdəki təmsilçiliklərinin fəaliyyətində özünü göstərdi. Bütün hallarda 2023-cü ilin noyabrına qədər Azərbaycan dövlətinə dünyada bəslənən münasibətlə 2024-cü ildə bəslənən münasibətin arasında böyük fərq var. 2024-cü ildə Azərbaycan və azərbaycanlılar bütün prosesləri güclü, müstəqil və şərəfli bir dövlətin vətəndaşları olaraq yaşadılar. 2024-ün ən böyük özəlliyi məhz bundan ibarətdir ki, bu dövlətin, bu xalqın və özünü azərbaycanlı hesab edən vətəndaşların şərəfinin, ləyaqətinin tam şəkildə nümayiş olunduğu bir il oldu".