Bu il bütün dünyanın diqqət mərkəzi Azərbaycan oldu– ÖZƏL

"2024-cü il Azərbaycanda bir çox hadisələrlə yadda qaldı. Əvvəlcə xatırlayaq ki, 2024-cü ilin fevralında Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi və Azərbaycan xalqı qalib sərkərdəyə-cənab Prezidentə yüksək etimad göstərdi, 92% səslə cənab İlham Əliyev yenidən Azərbaycanın prezidenti seçildi". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu, həm də Azərbaycan xalqının Qarabağ zəfəri ilə cənab Prezidentə təşəkkürü idi. Bundan əlavə Azərbaycanda parlament seçkiləri keçirildi. Suverenliyimiz bərpa olunduğu üçün 2024-cü ilin sentyabr ayı Suverenlik Günü elan edildi. Bu da onun göstəricisidir ki, Azərbaycan 1991-ci ilin oktyabrında müstəqil olsa da, təəssüflər olsun ki, müstəqilliyimiz bütün dövlət ərazisində bərqərar olmamışdı. Lakin 2023-cü ilin sentyabr ayında buna nail olduq. 2024-cü ilin sentyabr ayının 20-dən etibarən isə hər ili Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2024-cü il Azərbaycan həm də möhtəşəm  bir tədbirlə yadda qaldı: COP29 Azərbaycanda keçirildi. Bu, həqiqətən də dünya arenasının ən hörmətli beynəlxalq tədbirlərindən biridir və ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi Azərbaycanın çox böyük tədbirlərə evsahibliyi etmək hünəri olduğunu göstərdi. İkincisi, bütün dünyanın diqqət mərkəzi Azərbaycana çevrildi və müasir dünyanın çağırışlarl olan yaşıl enerji və digər sahələrdə Azərbaycanın söz sahibi olduğu görüldü. Dünən təyyarə qəzasının yaşanması hamımızı dərindən kədərləndirdi. Allahdan həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Ümid edirik ki, 2025-ci il daha xoş keçəcək. Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatı üçün də 2024-cü il kifayət qədər uğurlu keçdi, 4%-dən artıq böyümə rəqəmi oldu. Bu da iqtisadi inkişafımızdan xəbər verir və ümid edək ki, sosial, siyasi, iqtisadi sahələrdə 2025-ci ildə də uğurlarımız davam edəcəkdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31