İran Prezidenti İlham Əliyevə başsağlığı verib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Olaylar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31