Ekspert: “2024-cü il ölkəmiz və dövlətimiz üçün uğurlu il hesab oluna bilər”- ÖZƏL
26 Dekabr 2024 12:04 Siyasət"2024-cü il ölkəmiz və dövlətimiz üçün siyasi və ictimai hadisələrlə zəngin və önəmli bir il oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"İlə dövlətimiz üçün ən önəmli hadisə olan, torpaqlarımız işğaldan azad edildiyi və suverenliyimizin bərpa olunduğu bir dönəmdə Prezident seçkiləri ilə başladı. Prezident seçkilərinin önəmi məhz uzun zaman - 30 illik ayrılıqdan sonra seçkilərin doğma Qarabağımızda keçirilməsi, dövlət başçısının Xənkəndidə səs verməsi oldu. Parlament seçkiləri də məhz ilk dəfə 2024-cü ildə, Azərbaycanın bütün ərazilərini əhatə etməklə keçirildi, artıq yeni parlament tam tərkibdə, 125 dairəyə namizədləri ilə yerlərdə seçki təbliğatını apardı. Bütün bunlar təbii ki, Azərbaycan siyasi və ictimai həyatı üçün önəmli hadisələrdir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində də çox geniş abadlıq və quruculuq işləri bu il da geniş şəkildə davam etdirildi, ilk dəfə Cəbrayıla keçmiş məcburi köçkunlər qayıdaraq öz doğma torpaqlarına qovuşdular.
Bütün bunlarla yanaşı ölkəmiz bu il çox irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir ki, əlbəttə ki, bunlardan ən önəmlisi olan Qarabağın tarixi Şuşa şəhərində keçirilən Türk Ölkələri dövlət başçılarının zirvə görüşü və dünya miqyaslı qlobal tədbir olan COP29 iqlim dəyişmələri konfransına Azərbaycanın ev sahibliyi etməsidir ki, bütün bunlar Azərbaycanda tarixi hadisələr sayıla bilər.
Xarici siyasətdə də bu il ölkəmiz bir çox önəmli tədbirlərdə və görüşlərdə təmsil olunmuş, ölkəmizin maraqlarının beynəlxalq miqyasda qorunması istiqamətində mühüm addımlar atılımışdır. Dövlətimiz BRİCS beynəlxalq platformasında, eyni zamanda digər regional və beynəlxalq platformalada uğurla təmsil olunmuşdur. Bir çox ölkələrdə Azərbaycana dəstək mitinqləri keçirilmiş, Azərbaycan bu il qlobal şimalla qlobal cənubun bir dialoq və anlaşma məkanına çevrilmişdir.
Beləliklə bu il Azərbaycan həm daxili siyasətdə, ölkəmizin siyasi və ictimai həyatında, həm də xarici siyasətdə, dost və tərəfdaş ölkələrlə çox uğurlu əməkdaşlıq əlaqələri qurmuş, bir sıra vacib, böyük iqtisadiyyata malik dövlətlərlə strateji tərəfdaşlıq sazişləri imzalamışdır, bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir.
2024-cü ildə sosial və iqtisadi islahatlar, əhalinin gəlirlərinin artırılması istiqamətində də dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmiş, sərəncam fə fərmanlar imzalanmışdır.
Ümumilikdə 2024-cü ili ölkəmiz, xalqımız və dövlətimiz üçün uğurlu bir il hesab etmək olar".
Qiymət Mahir