Özbəkistan Parlamentinin sədri Azərbaycana başsağlığı verib
26 Dekabr 2024 11:44 SiyasətÖzbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilir: "Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə kədərli xəbəri dərin hüznlə aldıq.
Özbəkistan Respublikası Ali Məclisinin Senatı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31