“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət edib
12 Dekabr 2024 15:40 SiyasətÜmummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar "AzərEnerji" və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi və kollektivləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31