Ulu öndərin parlaq ideyaları Azərbaycanın inkişaf yoluna parlaq işıq saçır- ÖZƏL
12 Dekabr 2024 16:25 Siyasət"Bu gün müasir Azərbaycan dövlətinin memamrı, qurucusu və əldə edilən uğurların banisi Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu öndərin Heydər Əliyevin xatirəsini daim uca tutduğundan onun əziz xatirəsini yad edirlər. Əlbəttə, bu da səbəbsiz deyil. Çünki Ulu öndər fəaliyyətində hər zaman Azərbaycan dövləti və xalqının xoş gələcəyi hər şeydən öndə olub. Ulu öndər istər sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə, istər SSRİ kimi böyük bir dövlətin ən yüksək rəhbər orqanlarında çalışanda, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün bilik və bacarığını, təcrübəsini ancaq ancaq ölkəmizin inkişafına həsr edib. Bu yolda yorulmadan çalışıb".
Bunu "Olaylar"a açıqlamasında deputat Kamran Bayramov deyib.
Deputat əlavə edib ki, müstəqilliyimizin ilk illəri çox ağır və çətin sınaq dövrü idi. "Ölkədə xaos, anarxiya hökm sürürdı, vətəndaş müharibəsi təhlükəsi və parçalanma riski ilə üz-üzə qalmışdı. Bax belə bir vəziyyətə biganə qala bilməyən Ulu öndər Heydər Əliyev bütün məsuliyyəti üzərinə götürərək qısa zaman ərzində Azərbaycanı üzləşdiyi bütün təhlükələrdən xilas edərək, davamlı inkişaf yoluna qədəm qoymasına nail oldu. Onun cəsarətli və strateji qərarları Azərbaycanın gələcək taleyində həlledici rol oynadı. Bütün qorxunc təhlükələrdən xilas edilən Azərbaycan müasir milli dövlət quruculuğuna başladı. Onun rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı və ölkədə ictimai-siyasi sabitlik yaradıldı ki, bu da quruculuq işlərinə yol açdı. Azərbaycanın müstəqilliyi və inkişafı dönməz xarakter aldı. 1994-cü ildə mürəkkəb geosiyasi şəraitdə imzalanan "Əsərin müqaviləsi"nin imzalanması ilə Azərbaycan yeni bir inkişaf mərəhləsinə qədəm qoydu. Azərbaycanda qısa zamanda siaysi sabitliiyn təmin olunması ilə yanaşı, iqtisadi, insanların sosial rifah halının yaxşılaşamsı istiqamətində genişmiqyaslı addımlar atıldı. Bu da qısa zaman kəsiyində öz bəhrəsini verdi. Azərbaycan iqtisadi cəhətdən güclənməklə paralel olaraq sürətli şəkildə ordu quruculuğunu da həyata keçirdi. Azərbaycanın mövcud potensialından istifadə etməklə ölkəmiz nəinki inkişaf etdi, eyni zamanda Avrasiya coğrafiyasında enerji, yükdaşıma, nəqliyyat və digər kommunkasiyalar sahəsində logistik bir qovşağa çevrildi. Bu da Azərbaycanın qarşısında duran məsələlərin və problemlərin həlli üçün yeni imkanlar açdı. Azərbaycan beynəlxalq miqyasda nüfuzlu və söz sahibi olan bir ölkəyə çevrildi. Azərbaycan BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlalra rəhbərlik etdi. Belə bir mötəbər təşkilatlara rəhbərlik etmək təkcə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına deyil, eyni zamanda milli maraqlarının, həmçinin üzləşdiyi problemlərin, xüsusən də Ermənistanın işğalçılıq siyasətinin, ölkəmizə qarşı ikli siyasətin dəyişməsi və xeyrimizə olmayan geosiyasi vəziyyəti xeyrinə dəyişməklə Ermənistanın işğalçılıq siyasətinə son verməklə bölgədə yeni geosiyasi reallıqlar yaratmış oldu. Bunun nəticəsidir ki, artıq səsimiz beynəlxalq arenalarda daha aydın eşidilir, üçrəngli Bayrağımız isə yüksək zirvələrdə dalğalanır. Bu uğurların əsasını Ulu Öndərin əbədi ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü qərarları, mövcud qlobal reallıqlara uyğun siyasəti və çevik diplomatik yanaşmaları təşkil edir.
21 il öncə əbədiyyətə qovuşan Ulu öndərin parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yoluna işıq saçır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan Prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib.
Ulu öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha böyük nailiyyətlərə, zəfərlərə, qələbələrə imza atacaq. Bütün bunlara görə ancaq və ancaq Ulu öndərə minnətdarıq və onun xatirəsi Azərbaycan var olduqca insanlarımızın qəlbində yaşayacaq".