İqtidar mənsubları özləri də etiraf edirdilər ki...- ÖZƏL
12 Dekabr 2024 14:54 Siyasət"Ermənistanın ölkəmizə ərazi iddiaları o zaman başlandı ki, artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa vermişdi. Bunlardan sonra Azərbaycan sahibsiz, kimsəsiz, miskin bir duruma düşmüşdü. Amma xalqımızın əziz övladı Azərbaycanın dərdinə, yaşantılarına heç vaxt biganə qala bilməzdi. Bu baxımdan ötən əsrin sonlarında Heydər Əliyev yenidən siyasi səhnəyə qayıtdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Amma Moskvadan idarə olunan, fikir plüralizmdən, demokratiyadan dəm vuran həmin o antimilli qüvvələr bu geridönüşün qarşısını almaq, Heydər Əliyevə var-gücləri ilə mane olmağa çalışırdılar. Ali Sovetin sessiyasında siyasi əxlaqsızlıq nümayiş etdirərək Heydər Əliyevə danışmaq imkanı belə vermək istəmədilər. Mikrafonu söndürmək kimi cılız hərəkətləri ilə guya Heydər Əliyevin səsini kəsməyə nail oldular. Amma başa düşmədilər ki, bu, həm də xalqın səsidir. Xalqın haqq səsini kəsmək mümkünsüzdür. Daha sonrakı iqtidar mənsublarının bütün maneçiliyinə, repressiyalarına baxmayaraq xalq siyasi səhnədə yenidən əziz övladını görmək arzusundaydı. Beləliklə, sosial problemlərdən bezən xalq vətəndaş itaətsizliyi göstərərək ölkə boyunca həmin qaragüruh siyasətçilərə etiraz əlaməti olaraq Heydər Əliyevin şəkilləri ilə meydana axışdı. "Bizi bu bəladan yalnız Heydər Əliyev qutaracaq" plakatları ilə aramsız mitinqlərlə qoşulan kütlə fikrində qəti və tələbində tam haqlı idi. Ölkədə yaranmış siyasi, sosial böhran, Gəncə hadisələri, separatizm alovu müstəqilliyimiz üçün ciddi təhdid yaratmışdı. Vəziyyət o qədər mürəkkəb idi ki, o zamankı iqtidar mənsubları özləri də etiraf edirdilər ki, ölkəni bu uçurumdan yalnız Heydər Əliyev qurtara bilər"