Uğurlarımızın təməlində Ulu Öndərin uzaqgörən milli dövlətçilik konsepsiyası dayanır- ÖZƏL
12 Dekabr 14:52 Siyasət"Ümummilli lider Heydər Əliyev nəinki Azərbaycan tarixinin, o cümlədən dünyanın ən görkəmli siyasi şəxsiyyətlərdən biri olduğundan, xalqımız hər zaman haqlı olaraq onunla fəxr edir və qürur duyur. Bu da Ulu öndərə olan təsadüfi bir sevgi deyil. bunun ciddi əsaslaır var. Çünki Ulu öndər həyatını öz millətinə və onun inkişafına həsr edən siyasi və dövlət xadimi olub. Bu yolda çoxlu məşəqqətlərlə üzləşsə də, yolundan dönməyib. İstər SSRİ dövründə, istərsə də Azərbaycanın yenidən müstəqilliyinin bərpa edilməsi dönəmində, istərsə də yenidən hakimiyyətə dönüşüdən sonra ona qarşı çoxsaylı haqsız hücumlar oldu. Azərbaycanı sevməyən insanlar dəfələrlə onu fiziki cəhətdən məhv etməyə cəhd etdilər, lakin bütün bu cəhdlər uğrusuz oldu. Azərbaycanın xilaskarı olan Ulu öndəri bu yoldan heç bir təhdid qorxutmadı. Əksinə bütün bu çətinliklərə sinə gərərək dövlətçilik təcrübəsi, müdrikliyi, uzaqgörənliyi, cəsarətli, qətiyyətli addımları ilə Azərbaycanı üzləşdiyi təhlükələrdən xilas edib inkişafa doğru götürdü. Məhz onun sayəsində Azərbaycan dövlətçiliyi xilas oldu və davamlı inkişaf yoluna qədəm qoydu. Bu səbəblərə görə də Ulu öndər müasir Azərbaycanın memarı və qurucusu hesab olunur. Onun ölümündən 21 il keçməsinə baxmayaraq, həyatı öz milləti ilə ayrılmaz şəkildə bağlı olan Ulu Öndər dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli Lider və fədakar insan kimi əbədi iz qoyduğundan hər zaman ehtiramla yad edilir. Onun əməlləri yaddan çıxmır". Bunu "Olaylar"a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Deputat əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğrulaırn kökündə onun müəyyən etdiyi strategiya və ideyalar dayanır: "Ulu öndərin Azərbaycan xalqına və dövlətinə ən böyük xidmətlərindən biri də, özündən sonra öz siyasi irsinin layiqli davamçısı kimi cənab Prezident İlham Əliyevi müəyyən etməsi idi. Böyük həyat yolu və dövlətçilik təcrübəsinə malik olan Ulu öndər Heydər Əliyev çox göəl bilridi ki, Azərbaycanın inkişafı, uğruları və qarşısında duran problemlərin həllini ancaq cənab İlham Əliyev yerinə yetirə bilər. Ulu Öndər Heydər Əliyevin bununla bağlı mövqeyi 2003-cü ilin oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyilir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndərin cənab İlham Əliyevi öz varisi elan etməsi bir daha onun necə uzaqgörən dahi lider olduğunu sübut etdi. Məhz cənab Prezident İlham Əliyevin liderliyi altında həm Ulu öndərin yarımçıq qalan ideyaları, həm ölkənin müəyyən etdiyi inkişaf strategiyasının uğurla icrası, həm də Azərbaycanın işğala son verib son iki yüz ildən artıq müddətdə ilk dəfə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə xalqımıza möhtəşəm qələbə sevinci bəxş etdi.
Bu gün cənab Prezident İlham Əliyevin liderliyi altında işğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Yürdülən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada böyük nüfuza malik bir dövlət kimi qəbul edilir və onunla hesablaşılır. Təbii ki, bütün bunların təməlində Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası və milli dövlətçilik konsepsiyası dayanır. Cənab Prezident İlham Əliyev də bu siyasəti uğurla həyat keçirməkdədir. Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atmaqdadır və bundan sonra da atacaq".