Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçilik tariximizdə mühüm yer tutur". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq təhlükəsi qarşısında olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi".
YAP Veteranlar Şurasının sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. A.Rəhimzadə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi: "Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31